İnsanlara hürriyət, millətlərə istiqlal!

Casus general vətəni satdığı üçün CƏZALANDIRILDI

Kiyevin Şevçenko Rayon məhkəməsi Ukrayna Təhlükəsizlik Xidmətinin “A” Xüsusi Əməliyyat Mərkəzinin direktorunun keçmiş birinci müavini, general Valeri Şaytanovu dövlətə xəyanət, terror aktına cəhd və silah-sursat saxlamaqda ittiham edərək 12 il müddətinə azadlıqdan məhrum edib.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, satqın generalın əmlakı da müsadirə olunacaq.

İstintaqın məlumatına görə, Şaytanov 2014-cü ildə Donbassın işğalının təşkilatçılarından biri olan Rusiya federal Təhlükəsizlik Xidmətinin polkovniki İqor Yeqorovla gizli əlaqədə olub.

Şaytanov daha sonra müharibə zonasında aparılan gizli əməliyyatlar, Ukrayna Təhlükəsizlik Xidmətinin məxfi əməliyyatçıları və əks-kəşfiyyatçıları haqqında məlumatları toplayaraq Rusiya tərəfinə təhvil verib.

Bundan başqa o, “general Cövhər Dudayev” adına könüllü çeçen batalyonunun komandiri Adam Osmayevə qarşı sui-qəsddə də iştirak edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR