İnsanlara hürriyət, millətlərə istiqlal!

Cahangir Məmmədli göz yaşlarına boğuldu: "Şirməmməd Hüseynov ikinci dəfə öldü"-VİDEO


"Nəsiman Yaqublu Azərbaycan elminin ən böyük şəxsiyyətlərindən biri idi. Cümhuriyyət Şirməmməd müəllimlə onun sayəsində Azərbaycan mühitində, türk dünyasında tanındı".

Musavat.com xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli bildirib.

"Onun 40-dan çox kitabı var. Nəsiman Yaqublu deyəndə elə bil yenidən Şirməmməd Hüseynov haqqında danışırlar. Şirməmməd Hüseynov yenidən öldü"- deyərək C.Məmmədli göz yaşlarını saxlaya bilməyib. Daha ətraflı videodan izləyə bilərsiniz.

Qeyd edək ki, N.Yaqublu ömrünün böyük bir hissəsini həsr etdiyi Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində öz biliyi, elmi və praktik bacarığı ilə tələbələrin sevgisini və rəğbətini qazanan müəllim idi. Yeni nəsil Azərbaycan jurnalistlərinin yetişməsində xidmətləri olub. Onun elmi, praktik fəaliyyəti hər zaman yüksək qiymətləndirilib. 1992-ci ildə Hacı Zeynalabdin Tağıyev adına Respublika milli mükafatına, 2003-cü ildə Həsən bəy Zərdabi adına mükafata, 2008-ci ildə Ankara Azərbaycan Kültür Dərnəyinin mükafatına, 2019-cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalına layiq görülüb.

Nəsiman Yaqublu Milli Məclisə 2024-cü ildə keçiriləcək növbədənkənar seçkilərdə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən namizəd idi.



Afaq Mirayiq,
Video müəllifindir
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR