İnsanlara hürriyət, millətlərə istiqlal!

Bulvarda intihar etmək istəyən qadın belə xilas edildi - ANBAAN VİDEO

Bulvarda intihar etmək istəyən şəxs xilas edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Musavat.com-a məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhəri, Səbail rayonu Dənizkənarı Milli Park ərazisində 1 nəfərin intihar məqsədi ilə özünü dənizə atması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-Bulvarı” dalğıc axtarış qrupunun müvafiq xilasetmə qüvvələri tərəfindən 1991-ci il təvəllüdlü S.Ağakişiyeva xilas olunaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR