Onlayn ictimai-siyasi qəzet
Buenos-Ayresdə keçirilən mitinqdə təxminən yarım milyon insan iştirak edib.
Musavat.com xarixi mediaya istinadla xəbər verir ki, bunlar əsasən tələbələr və müəllimlərdir.
Etirazçılar hökumətin təhsil sahəsindəki siyasətinə qarşıdırlar. Xüsusilə, onlar ali təhsil müəssisələrinin inkişafına ayrılan xərclərin azaldılmasının əleyhinədirlər. Aksiya iştirakçıları təhsilin pulsuz olaraq qalmasını tələb edirlər.
Etirazçılar etirazlarını prezident sarayının qarşısındakı meydanda bildiriblər. Argentinanın digər şəhərlərinin sakinləri də etiraz aksiyaları keçirirlər.
Argentina regionun iqtisadi çətinliklər məngənəsində sıxılan ölkələrindən biridir.
Musavat.com
24 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ