İnsanlara hürriyət, millətlərə istiqlal!

Budapeştdə Ukrayna münaqişəsi ilə bağlı etirazlar başlayıb

On minlərlə macar Budapeştin mərkəzində ölkənin Ukrayna münaqişəsində iştirakına, habelə Şimali Atlantika Alyansı tərəfindən Avropada yeni müharibənin başlamasına qarşı keçirilən “Sülh marşı”nda iştirak edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, iştirakçılar pul, silah və hərbi texnika göndərdikdən sonra Qərbin artıq Ukraynaya hərbi yardım etməsini planlaşdırdığını bildiriblər.

Etirazçılar əllərində Macarıstan bayraqları, eləcə də şəhərlərinin adları yazılmış lövhələr və hakim “Fides” partiyasını dəstəkləyən plakatlar tuturlar. Milli mahnılar, müxtəlif vətənpərvərlik şüarları da səslənir.

Bundan əlavə, təşkilatçılar etirazçılara danışaraq bildiriblər ki, Avropada yeni münaqişə “fantasmaqoriya” deyil, çünki alyans rəhbərliyi buna hazırlaşmaqla məşğuldur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR