Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan və birbaşa İrəvanın mərkəzində çəkilmiş bir video Ermənistanda ciddi rezonans doğurub. Söhbət bir türk gəncin İrəvanın baş meydanında çəkdirdiyi və Azərbaycan türkcəsində dünyaya ünvanladığı mesajdan gedir.
Videoda həmin gənc özünü belə təqdim edir:
“Mən Azərbaycan dilli türkəm. Yəni Azərbaycan türkcəsində mükəmməl danışıram. Bura Azərbaycan türklərinin yeridir. İrəvan qədimdən, min illər boyu Azərbaycan türklərinin məskəni olub. Bu torpaqlardan 2 milyona yaxın Azərbaycan türkü zorla çıxarılıb. Amma bu gün biz buradayıq. Bu gün birimiz gəlmişik, sabah minlərlə gələcəyik.”
Bu qısa, lakin güclü video-müraciət, Ermənistanda narahatlıqla qarşılanıb, düşmən ölkəni silkələyib, sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Eyni zamanda, Azərbaycanda və Türk dünyasında isə qürur, ruh yüksəkliyi və milli birliyin simvolu kimi qəbul edilib.
Musavat.com olaraq həmin gəncə təşəkkürümüzü bildiririk – həm İrəvanda bu cəsarətli addımı atdığına, həm də tarixi həqiqətləri dünya ictimaiyyətinə Türk dilində çatdırdığına görə.
Qeyd edək ki, bu, son dövrlərdə İrəvanda türkcə səslənən ilk video deyil. Xatırladaq ki, bir müddət əvvəl Cənubi Azərbaycandan olan bir qrup türk gənc İrəvanın mərkəzində Azərbaycan musiqisi sədaları altında rəqs etmiş, bu da eyni dərəcədə Ermənistanda etiraz doğurmuşdu.
“Bu gün birimiz, sabah minimiz İrəvanda olacaq” – bu cümlə artıq yeni ruhun, yeni dönəmin çağırışıdır.
İrəvan – Azərbaycanındır.
Musavat.com
@@TVmusavat/111511@@
26 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ