İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu, transların verə biləcəyi bir qərardır” - Elşad Miri + VİDEO

“Uşaq dünyaya gələndə gender mövzusu ilə bağlı bir anlayışı olmur. Bu, yaşadığı cəmiyyət və bəzi şeylərə etirazın nəticəsində sonradan formalaşır".

Dinşünas və ilahiyyatçı Elşad Miri dizayner Aynur Xəlilovanın "YouTube"da yayımlanan "Hərşeyşünas" podkastında qonaq olarkən bu barədə danışıb.

"Ənənəvi din anlayışında belə bir şey var, daş-qalaq etmək, amma Quranda yoxdur. Bu, yəhudilikdə var. Yəhudilikdə olan bir məsələni Quranda olmayan bir məsələyə calaşdıraraq, bunu islamlaşdıraraq, dini don geyindirərək insanlara təqdim ediblər. Əgər bir insan həqiqətən özü qəbul edib və transdırsa, İslam dini onun əməllərinə baxır. Bu adam həqiqətən insan olaraq Allahın buyruqlarına görə yaşayırsa, kim qaranti verə bilər ki, bu cəhənnəmlikdir, ya cənnətlikdir? Sənin cənnətdə yerini azmı edir və yaxud da sən özün cənnətə gedəcəyinin zəmanətini haradan alırsan? Hər kəs çalışır ki, gözəl insan olsun, yaxşı hərəkətlər etsin, canlılara ziyan vurmasın. Allahın da istədiyi bu deyilmi? İnsanın doğru və yanlış seçiminə görə niyə onun əvəzinə qərar verirsən? Allahın yerinə niyə hər hansı bir hökmü həyata keçirmək istəyirsən? Quranda bununla bağlı “haramdır” deyə bir ifadə yoxdur. Bu onların verəcəyi bir qərardır. Peyğəmbərlərin belə ixtiyarları olmayıb ki, nəyəsə halal və ya haram desinlər", - Elşad Miri söyləyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR