Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Van vilayətində Buruki tayfasının möhtəşəm toy mərasimində gəlinə kilolarla qızıl, bəyə isə kisələrlə pul hədiyyə edilib.
Türkiyə mediasının xəbərinə görə, 7 min nəfərin iştirak etdiyi toyda qonaqlar üçün 100-ə yaxın xırdabuynuzlu heyvan kəsilib.
15 nəfər bütün gecə gəlinə və bəyə hədiyyə gətirilmiş pulları, zinət əşyalarını sayıb. Burukilər tayfasından olan Bayram Bayramoğlunun oğlu, iş adamı Abidin Anteroğlunun qızı Elif Anteroğlu ilə ailə qurub. Toy mərasimində qəbilə liderləri, partiya və QHT rəhbərləri, iş adamları, çoxlu sayda əcnəbi qonaq iştirak edib.
Gəlinə 13 kilo qızıl zərgərlik məmulatı taxılıb, 360 min dollar pul hədiyyə verilib.//Lent.az
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ