İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şirkətin fabrikləri bağlanır - işçilərin maaşları...

“Volkswagen” Almaniyadakı ən azı üç fabrikini iqtisadi səbəblərə görə bağlamağa hazırlaşır, on minlərlə işçi ixtisar olunacaq.

Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, bu barədə direktorlar şurası qərarı verib.

Konsernin Osnabrückdəki zavodu bu yaxınlarda Porsche-nin sifarişini itirmiş ən böyük risk zonasındadır. Bundan əlavə, konsernin bir çox bölmələrinin bağlanması və ya Almaniyadan kənara köçürülməsi planlaşdırılır, agentlik yazır.
Mesajın fonunda Volkswagen işçiləri saatlıq tətil keçirmək niyyətində olduqlarını bildiriblər.

Agentlikdən verilən məlumata görə, işçilərin maaşlarının 10% azaldılması, həmçinin onların indeksasiyasının ən azı iki il dayandırılması nəzərdə tutulur.

Volkswagen bundan əvvəl Almaniyada yüksək enerji və əmək xərclərinin şirkəti bazarda əlverişsiz vəziyyətə saldığını iddia etmişdi.

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR