İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şəxlərə pulsuz EV VERİLƏCƏK - Prezident təsdiqlədi

Prezident İlham Əliyev “Mənzil Məcəlləsi”nə olunan dəyişiklikləri təsdiq edib. Sənədə əsasən, sosial kirayə müqavilələri əsasında qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri veriləcək.

Musavat.com-un məlumatına görə, bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.

“Qanunvericiliyə əsasən, dövlət dəstəyi ilə bir sıra ailələr və vətəndaşlarımız pulsuz evə sahib olurlar. Belə ki, mövcud qanunvericiliyə əsasən şəhid ailələri, müharibə qaziləri, Çernobıl qəzasında əlilliyi olan şəxslər və valdeynlərini itirmiş vətəndaşlarımıza sosial mənzil fondundan istifadə etmə şəraiti yaradılır. Yeni dəyişikliklərə, yaşayış sahəsinə ehtiyacı olan ailələrin uçota alınması, onların sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri ilə təmin edilməsi daxildir. Bu pulsuz mənzillərə əlçatanlığı daha da artıracaq.

Yeni qaydalara əsasən sosial mənzil məcəlləsinin 48-ci maddəsində dəyişikliklər təsdiq edilib. Bu, sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri ilə bağlı maddədir. Qanuna əsasən, sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına bilərlər”, - deyə Bayramov bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Mart 2025

11 Mart 2025

BÜTÜN XƏBƏRLƏR