Onlayn ictimai-siyasi qəzet
Məşhur aktrisa Məryəm Üzerli son günlərdə qatıldığı şam yeməyi ilə Türkiyə mediasında gündəm olub.
Musavat.com sağlamolun-a istinadla bildirir ki, bu barədə "TV8" də yayımlanan "Aramızda kalmasın" verlişində məlumat verilib.
Belə ki, Məryəmin pərəstişkarı olan Ər-Riyadlı bir ailə onu 4 saatlıq nahara dəvət edib.
Təklifi dəyərləndirən aktrisa 4 saata nə az, nə çox 4 milyon TL (315218 AZN) istəyib.
Beləliklə, Məryəm qatıldığı şam yeməyindən 4 milyon lirə ilə ayrılıb.
Hadisə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Qeyd edək ki, Üzerli "Muhteşem Yüzyıl" serialında Hürrəm Sultan obrazı ilə məşhurlaşıb. Serial dünyanın 55 ölkəsində nümayiş olunub.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ