İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkələrdə yaşayan azərbaycanlılar beynəlxalq ictimaiyyətə müraciət etdi

Trinidad və Tobaqo Respublikasında yaşayan Azərbaycan əsilli yazıçı, diaspor fəalı Emiliya Əhmədova 12 sentyabrda gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi genişmiqyaslı təxribata etiraz məqsədilə ölkə rəsmilərinə və beynəlxalq təşkilatlara müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, müraciətdə rəsmi İrəvanın törətdiyi hərbi cinayət barədə ətraflı məlumat verilib, baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.

Yaponiyadakı soydaşlarımız isə beynəlxalq birliyi Ermənistanın təcavüzkar siyasətinin qarşısının birdəfəlik alınmasına çağırıb. Tokioda fəaliyyət göstərən Azərbaycan–Yaponiya Dostluq Mərkəzinin adından yerli və beynəlxalq ictimaiyyətə bəyanat ünvanlanıb.

Yaponiyanın https://ajmedia.jp xəbər portalında Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi genişmiqyaslı təxribat barədə məlumat yayımlanıb.

İordaniyanın https://nayrouz.com xəbərlər saytında da Azərbaycan diasporunun Ermənistan silahlı qüvvələri bölmələrinin genişmiqyaslı təxribatına etiraz etməsi barədə məlumatı yerləşdirilib. İordaniyada Azərbaycan diasporunun rəhbəri, Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının İordaniya üzrə əlaqələndiricisi Zümrüd Dadaşovanın təqdim etdiyi bəyanatda Ermənistanın törətdiyi növbəti hərbi cinayət barədə ətraflı məlumat verilib.

Məlumatları aşağıdakı linkdən oxumaq mümkündür: 

https://nayrouz.com/article/310335#.YyGRfm9-zcw.whatsapp%20https://ajmedia.jp/regardprovocation-of-the-armenian-army-12-september-2022/

 

 


ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

26 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR