İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkələr arasında diplomatiya müharibəsi gedir

Moldova Rusiyanın bu ölkədəki diplomatik missiyasını casusluq şübhələrinə görə ixtisar edəcək.

Musavat.com xəbər verir ki, bununla bağlı “Azadlıq” radiosunun Moldova xidməti məlumat yayıb.

Moldova xarici işlər naziri Nikolay Popesku yerli hökumətin iclasında, ölkəsinin onilliklər ərzində “Rusiyanın düşmənçilik hərəkətləri və siyasətinin hədəfi” olduğunu söyləyib. Popesku bu məsələdə Rusiyanın Moldovadakı səfirliyini də suçlayıb.

Onun sözlərinə görə, bütün bunları nəzərə alaraq Moldova hakimiyyəti ölkədə sabitliyin qorunması naminə ölkədəki rus diplomatlarının sayını məhdudlaşdırmaq qərarına gəlib.

Popesku açıqlamasında Rusiyanın Moldovadakı səfirliyinin damındakı antenalarla bağlı jurnalist araşdırmasını xatırladıb.

Jurnalistlər səfirliyin binası üzərində istənilən növ siqnalı qəbul etməyə qadir olan ən azı 28 antena aşkar ediblər. Onlar həmçinin antenaların Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsi olan səfirliyin əməkdaşları tərəfindən vaxtaşırı kökləndiyini də müəyyən ediblər.

Bununla bağlı Rusiya səfiri Oleq Vasnetsov Moldova Xarici İşlər Nazirliyinə çağırılıb. Sonuncu öz növbəsində Kişinyovu rusofobiyada ittiham edib və antenaların hələ 1990-cı illərin sonlarında, Moldovada rabitənin zəif olduğu vaxtlarda quraşdırıldığını söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR