İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ÖLKƏ QARIŞDI: etirazlar başladı - FOTOLAR

Cənubi Koreyanın paytaxtı Seulda on minlərlə insan Prezident Yun Sok Yolun impiçmentinə dair etiraz aksiyalarında iştirak edib.

Musavat.com xəbər verir ki, "Candle Move" adlı etiraz hərəkatı Konstitusiya Məhkəməsinin binası qarşısında keçirilən mitinqdə prezidentin əleyhdarlarını bir araya gətirib.

Hərəkatın liderlərindən biri, Kim Min Un prezidentin "vəzifəyə qayıtmasının mümkün olmadığını" vurğulayaraq, onun keçən ilin dekabrında qısamüddətli hərbi vəziyyət tətbiq etməsinin demokratiyaya zərər verdiyini bildirib.

Eyni zamanda, prezidentin tərəfdarları Kvanxvamun rayonunda böyük bir mitinq təşkil edərək, prezidentin dərhal vəzifəsinə bərpa edilməsini tələb ediblər.

Polis məlumatına görə, aksiyalarda təxminən 35 min nəfər iştirak edib. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Mart 2025

15 Mart 2025

BÜTÜN XƏBƏRLƏR