Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Cənubi Koreya ilə iri həcmli ticarət razılaşmasına nail olub.
Musavat.com xəbər verir ki, müqavilənin şərtlərinə əsasən Cənubi Koreya Trampın seçdiyi investisiya layihələri üçün ABŞ-a 350 milyard dollar vəsait ayıracaq.
Bundan əlavə, Seul 100 milyard dollar dəyərində mayeləşdirilmiş təbii qaz (LNG) və digər enerji məhsulları alacaq.
Məlumata görə, Cənubi Koreyanın ABŞ-a sərmayələr yatıracaq. Nəzərdə tutulan investisiya həcmi iki həftə ərzində, Cənubi Koreya prezidenti Li Ce Mönun Vaşinqtona səfəri zamanı elan ediləcək.
Razılaşmaya əsasən, Cənubi Koreya öz bazarını ABŞ məhsullarına açacaq və 15 faizlik idxal rüsumu tətbiq edəcək. ABŞ isə qarşılıq olaraq heç bir tarif ödəməyəcək.
Tramp bu razılaşmanın ABŞ iqtisadiyyatı üçün böyük üstünlüklər yaradacağını bildirib.
İqbal RZAYEV,
Musavat.com
01 Avqust 2025
31 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ