İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ərazidə qaz olmayacaq

Bu gün Ucar rayonunun qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Musavat.com-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, "Ucar” və “Lək 1-ci xətt” qaz ölçü qovşaqlarından qidalanan kollektorlarda görüləcək təmir işləri, eləcə də Qəzyan, Xalac və Lək qaz xətləri üzərində olan siyirtmələrin təmiri ilə bağlı “Ucar” ölçü qovşağından qidalanan “Əhali” orta təzyiqli qaz xəttindən və “Lək 1-ci xətt” ölçü qovşağından oktyabrın 27-də saat 09:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülən müddətdə Ucar şəhəri daxil olmaqla rayon üzrə əhali qrup istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR