İnsanlara hürriyət, millətlərə istiqlal!

BU DƏQİQƏLƏRDƏ Əliyevlə Pezeşkian görüşür: Mühüm mesajlar, Zəngəzur dəhlizi... – CANLI

“Mən burada çox qala bilmirəm, İranda baş verən faciəvi hadisəyə görə qayıtmalıyım, yaxın gələcəkdə yenə gələcəm”.

İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatda bildirib. İran Prezidenti deyib ki, burada özünü yad hiss etmir: “Mən özümü Təbrizdəki, Ərdəbildəki kimi hiss edirəm. İnşallah, əlaqələrimiz iqtisadi, siyasi, hərbi və digər sahələrdə inkişaf edəcək”.

“Biz birlikdə problemlərimizi həll edə bilərik”. İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatda bildirib.

İran Prezidenti deyib ki, ərazi bütövlüyünə hörmət etməklə, region ölkələri ilə regionumuzda məsələləri həll edə bilərik: “Şimaldan Cənuba, Şərqdən Qərbə yolları, dəhlizləri aça bilərik. Biz bəzilərinə aramızda ixtilaf yaratmasına yol verə bilmərik. Ailələrimiz arasında da əlaqələr var, bunu heç kim poza bilməz. Mən Prezident İlham Əliyevin bu istiqamətdə iradəni görürəm. Bizim də iradəmiz belədir. Biz qərarlıyıq, qardaşımın da qərarlılığın hiss edirəm. Həm İran, həm Azərbaycan üçün yaxşı gələcək yarada bilərik”.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Mehman İsmayılovla gündəmi müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR