İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu cür “xəstəliyə” düçar olmuş şəxs sağala bilməz, çünki... - SENSASİON YAZI

Güclü leysan yağışı meşədəki həşəratları özlərini qorumaq üçün xaotik hərəkətə gətirdiyi kimi, parlament seçkiləri, eləcə də ölkənin siyasi sistemində aparılan davamlı islahatlar destruktiv və amorf mahiyyətli radikalların paranoyasını artırır, onları yumşaq desək, daha böyük məntiqsizliklərə itələyir. Bəli, ötən illər ərzində xəstə ambisiyaların bu və ya digər formada neqativ təzahürlərinin dəfələrlə şahidi olmuşuq və hər dəfə bitmək bilməyən “hoqqaları” aydın baxışla izləməyimiz onların boşboğaz demaqoji mahiyyətini “çılpaq” şəkildə görməyə də imkan verib.

Yuxarıda qeyd olunan “amorf mahiyyət” məfhumu radikalların siyasətdə mövcudluğunu xarakterizə edə biləcək ən universal anlayışlardan biri, bəlkə də birincisidir. Əslində, dünya ölkələrinin siyasi təcrübəsi onu göstərir ki, demaqoji bəyanatların arxasında adətən reallaşmamış ambisiyalardan başqa heç nə olmur.  “Amorf mahiyyət” anlayışından danışarkən isə istər-istəməz “amorf” sözünün bizim siyasətdə tam mənasında sinonimi sayıla biləcək “milli şura” yada düşür.

resize.php-1.jpg (96 KB)

Görəsən, bizim gözəl məmləkətimizdə özlərini radikal düşərgəyə aid edən cəmi bir neçə nəfər ucuz populistdən başqa “milli şura” adlanan aerokosmik observatoriyadan   kiminsə xəbəri var? Bəlkə kimsə nə vaxtsa onların cəmiyyət üçün faydalı ola biləcək hansısa fəaliyyətini görüb? Əlbəttə ki, söyüş söymək, təhqir etmək, təxribatlarla məşğul olmaq siyasi fəaliyyət sayılırsa, bu amorf və abstrakt “şüursuzluq şurası”nı radikal təfəkkürün mağarası hesab etmək olar.  

Real həyatdan uzaqlaşmış və yalnız radikal təxəyyülün məhsulu ola biləcək bu “şuranın” adına ancaq Qərb təşkilatlarının qrantlarla  bağlı olan maliyyə hesabatlarında rastlaşmaq olar. Əslində “milli şura” ifadəsi sadəcə Qərb siyasi texnoloqlarının cəlbedici marketinq fənnidir. Bu bəlalı siyasətciklərin pozuculuq fəaliyyətinə hətta Qərbin mükəmməl hesab olunan “kirli” siyasi texnologiyaları da “faydalı” ola bilmədi.

Qeyd olunan təsbitin bir neçə obyektiv səbəbi var: xain xislət, xəstə ambisiyalar, natamamlıq kompleksi, siyasi tükənmişlik və əlbəttə ki, şişirdilmiş EQO. Sonuncunun ən böyük təhlükəsi ondan ibarətdir ki, zamanında profilaktikası aparılmazsa, sözügedən hal şizofreniya səviyyəsinə qədər inkişaf edə bilər.

1521111771_1521110414_1e.jpg (324 KB)

Hər kəsə aydındır ki, “eqo” obyektiv reallığın adekvat qiymətləndirilməsini mümkünsüz edir, xroniki “eqo” isə ümumiyyətlə elə yanlış təsəvvür yaradır ki, sanki dünyada baş verən bütün hadisələr məhz onun (xəstənin) ətrafında cərəyan edir. Heç şübhəsiz ki, radikalçı düşüncə elə məhz xroniki eqoya düçar olmuş təfəkkür tərzidir. Bu mənada bizim bəlalı radikallarımızı siyasi eqoizmin klassik nümunələri də adlandırmaq olar.

Bu cür düşüncə tərzinin üstünlük təşkil etdiyi yerdə obyektiv həqiqət və rasionallıq axtarmaq, yumşaq desək, sadəlövhlükdür. Ən pisi də odur ki, bu cür “xəstəliyə” düçar olmuş şəxs müstəqil şəkildə sağala bilməz və eqoizm, şəkər xəstəliyi kimi, artıq həyat tərzinə çevrilir. Məhz elə buna görə də bütün dövrlərdə radikal düşüncə tərzi cəmiyyətin inkişafı üçün real təhdid yarada biləcək başlıca amillərdən biri kimi dəyərləndirilir.

Qeyd olunanları dolayısilə sübut edən kiçik bir epizodu diqqətinizə təqdim edək. Heç kimə sirr deyil ki, telefonu və internet paketi olanın özünü YouTube kanalının rəhbəri kimi təqdim etdiyi bir dövrdə yaşayırıq. Sözügedən halı nə “yaxşı”, nə də ki, “pis” kimi qiymətləndirmək doğru olmaz. Göstərilən həqiqət obyektiv reallıqdır. Görünən odur ki, bu cür mərhələlərin yaşanması qaçılmazdır.

6666666666.jpg (29 KB)

Qayıdaq mövzumuza. Ölkədə kifayət qədər tanınmış hesab olunan siyasətçi YouTube kanallarından birinin siyasi verilişində qonaq olub. Seçkilərə qatılmaqdan müxtəlif bəhanələrlə imtina edən bu siyasətçi seçkiləri və Milli Məclisin gələcək fəaliyyətini indidən tənqid edən zaman aparıcının növbəti sualına cavab verərkən bildirdi ki, şəxsən onun Milli Məclisdə təmsil olunacağı təqdirdə bütün hadisələrin inkişafı tamamilə fərqli olardı. Yəni, orada mən yoxamsa, hər şey pisdir, mən orada olsa idim hər şey yaxşı olardı. Bu cür ibtidai yanaşma və təfəkkürə xəstə EQOdan başqa nə ad vermək olar?! Xüsusilə bir daha vurğulayaq ki, bu cür yanaşma və düşüncə tərzi bilavasitə radikal təfəkkürün və xəstə siyasi eqonun simptomlarıdır. Psixoloji anomaliyalar isə digər müstəvidə yazılmış məqalələrin mövzusu olmalıdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR