Onlayn ictimai-siyasi qəzet
Hindistanın ən böyük biznes imperiyası olan Reliance Industries-in sahibi milyarder Mukeş Ambani ailəsinin sərvəti 25,7 trilyon rupiyə (385,5 milyard dollar) çatır. Bu isə Hindistanın ümumi daxili məhsulunun demək olar ki, 10 faizinə bərabərdir.
Musavat.com xəbər verir ki, bu barədə Barclays-Hurun India Bank öz hesabatında məlumat yayıb.
Ambani biznes imperiyası əsasən enerji, pərakəndə satış və telekommunikasiya sektorlarında fəaliyyət göstərir.
Barclays-Hurun India Hindistanlı iş adamlarının ən böyük ailə sərvətləri siyahısında ikinci və üçüncü yerlərdə milyarderlər Neeraj Bajaj (avtomobil istehsalı) və Kumar Birlanın (mədən, sement istehsalı və maliyyə xidmətləri) ailələrini yerləşdirib. Bank Hindistanın üç ən böyük sənaye və ticarət konqlomeratının sahiblərinin ümumi ailə aktivlərini 460 milyard dollar dəyərində qiymətləndirib ki, bu da Sinqapurun ÜDM-inə bərabərdir.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ