Onlayn ictimai-siyasi qəzet
Avropa Komissiyası (AK) Rusiya və Belarusdan gətirilən bir sıra kənd təsərrüfatı məhsullarına, eləcə də bəzi azot gübrələrinə rüsumların tətbiqi təklifini təsdiqləyib. Musavat.com komissiyanın saytında açıqlanan məlumata istinadən xəbər verir ki, qərarın qüvvəyə minməsi ilə Rusiyadan bütün kənd təsərrüfatı məhsullarının idxalı Aİ-nin tariflərinə məruz qalacaq.
Bildirilir ki, yeni rüsumların təsirinə məruz qalan kənd təsərrüfatı məhsulları 2023-cü ildə Rusiyadan kənd təsərrüfatı idxalının 15 faizini təşkil edib: "Aİ Şurası tərəfindən qəbul edildikdən sonra Rusiyadan idxal olunan bütün kənd təsərrüfatı məhsulları Aİ tariflərinə tabe olacaq”.
Eyni zamanda Avropa Komissiyası vurğulayır ki, Aİ-nin Rusiya kənd təsərrüfatı məhsulları və gübrələr üçün rüsumları icmanın ərazisindən keçməklə Rusiyanın üçüncü ölkələrə ixracına təsir etməyəcək.
Musavat.com
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ