Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı Polşaya əvvəl dondurulmuş icma fondlarından 40 milyard zloti (təxminən 10 milyard dollar) məbləğində rekord tranş ayırıb.
Musavat.com-un məlumatına görə, bu barədə ölkənin fondlar və regional siyasət naziri Katarjina Pelçinska-Nalenç məlumat verib.
Onun X hesabında yazdığına görə, Aİ Bərpa və Dayanıqlıq Fondundan dörd tranşda 40 milyard zloti bu gün Polşaya çatdırılıb.
Avropa Komissiyası (AK) noyabrın ortalarında Varşavanın bu vəsaitlərin köçürülməsi ilə bağlı müraciətini təsdiqləyib.
Martın əvvəlində AK ölkədə məhkəmə sisteminin müstəqilliyini təmin etmək üçün islahatların başlanmasına cavab olaraq Aİ-nin Polşa üçün büdcəsindən 137 milyard avroya qədər vəsait ayırmaq qərarına gəlib. AK-nin izahatına əsasən Polşa Pandemiyadan Sonra Bərpa Fondundan təqribən 59,8 milyard avro və birləşmə fondlarından 76,5 milyard avro alacaq.
Musavat.com
18 Dekabr 2024
17 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ