İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüssel Moskvanı vurdu: Prezidentlər Belçikada görüşəcək

Avqustun 29-da Moskvada Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası üzrə dövlət komissiyalarının ikinci iclası keçiriləcək. İclasda Azərbaycan tərəfindən komissiyaya baş nazirin müavini, Dövlət Komissiyasının sədri Şahin Mustafayev rəhbərlik edəcək. 

Musavat.com xəbər verir ki, bu barədə Haqqın.az saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan prezidentinin, Ermənistanın baş nazirinin və Avropa İttifaqı Şurasının sədrinin 2022-ci il aprelin 6-da keçirilən görüşündən sonra qəbul edilmiş yekun bəyanatda, xüsusən də sülh müqaviləsinin hazırlanması üzrə danışıqlara başlanılması nəzərdə tutulur. Azərbaycan və Ermənistan arasında müvafiq işçi qrupunun yaradılması da gündəmdədir.

Tərəflər sərhəd məsələləri üzrə birgə komissiyanın yaradılması və ilk növbədə sərhədlərin delimitasiyası prosesinə başlamaq barədə razılığa gəliblər.

Əldə olunmuş razılığa uyğun olaraq, Azərbaycan Prezidentinin 23 may 2022-ci il tarixli sərəncamı ilə Delimitasiya Məsələləri üzrə Dövlət Komissiyası yaradılıb. İrəvanda da oxşar qrup fəaliyyətə başlayıb.

Sayt yazır ki, razılaşmaya əsasən, Azərbaycan-Ermənistan sərhədində delimitasiya məsələləri üzrə ilk görüş keçirilib. İclas giriş xarakterli olub və orada aparılan müzakirələr ortaq mövqenin müəyyənləşdirilməsi üçün hərtərəfli işin lazım olduğunu açıq şəkildə göstərir.

İşçi Qrupun avqustun 29-da keçiriləcək iclasında hər hansı irəliləyişin olub-olmadığını zaman göstərəcək.

Bununla yanaşı, avqustun 31-də Avropa İttifaqının dəstəyi ilə Brüsseldə Azərbaycan prezidenti, Aİ Şurasının sədri və Ermənistanın baş naziri arasında görüş gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR