İnsanlara hürriyət, millətlərə istiqlal!

Britni Spirsin əri aliment tələb edir

Britni Spirsin əri Sem Əsgəri "barışmaz fikir ayrılıqları"nı əsas gətirərək müğənnidən təxminən üç həftə əvvəl ayrıldığını açıqlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Əsgərinin Los-Anceles məhkəməsinə təqdim etdiyi sənədlərdən məlum olub.

29 yaşlı futbolçu 41 yaşlı Spirsdən maddi dəstək tələb edir. Bundan əlavə, o, müğənnidən boşanmaq üçün vəkillərinin göstərdiyi xidmətlərin haqqını ödəməsini istəyir.

Avqustun 16-da məlum olub ki, amerikalı müğənni Britni Spirs və əri Sem Əsgəri boşanır. Təxminən bir həftə əvvəl Sem həyat yoldaşının ona xəyanət etməsi ilə bağlı şayiələrə görə onunla mübahisə edib. Bundan sonra o, Britninin evindən köçüb və boşanmaq üçün məhkəməyə müraciət edib. Media Spirsin ərini məişət zorakılığına məruz qoyduğunu, yuxuda olan Əsgəriyə hücum etdiyini yazıb.

Xatırladaq ki, Britni Spirsin memuarı cəmi bir gündə bestseller olub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR