İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya şahzadəsi Ukrayna ilə sərhəddə hərbi bazaya gizli səfər edib

Britaniya şahzadəsi Uilyam Polşanın cənub-şərqindəki Rzeşova hərbi bazasına qəfil səfər edib.

O, Britaniya əsgərlərinə təşəkkür edib.

Şahzadə Uilyamın səfəri təhlükəsizlik baxımından gizli saxlanılıb.

Hərbi baza Ukrayna sərhədi yaxınlığında yerləşir.

“Burada etdiyiniz hər şeyə görə təşəkkür edirəm. Siz burada həqiqətən vacib bir iş görürsünüz. Azadlığımızı müdafiə etmək həqiqətən vacibdir. Hər kəs sizi dəstəkləyir”,- deyə o, qeyd edib.

Qeyd edək ki, Rzeşov Ukrayna sərhədindən bir saatdan çox məsafədə yerləşir.

Britaniya qoşunları Polşanın hava məkanının təhlükəsizliyinə kömək etmək üçün oradadır.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR