İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya parlamentindən Azərbaycanın təşəbbüsünə dəstək: Minaların təmizlənməsi...

19 oktyabr tarixində Britaniya Parlamentində “Dayanıqlı İnkişaf" məqsədlərinə dair müzakirələr keçirilib.

Musavat.com xəbər verir ki, müzakirələr zamanı çıxış edən Britaniya Parlamentinin üzvü, Partlayıcı Qurğulardan Qaynaqlanan Təhdidlər üzrə parlament qrupunun sədri Metyu Offord humanitar minatəmizləmə və Dayanıqlı İnkişaf məqsədlərinə dair iki dəfə Bakıda konfransda işirak etdiyini qeyd edib və Azərbaycanda həyata keçirilən minatəmizləmə fəaliyyəti ilə yerində tanış olduğunu vurğulayıb.

Metyu Offord ərazilərin minalardan təmizlənməsi nəticəsində təhsil, məşğulluq və ən əsası insanların öz evlərinə qayıda bilməsi üçün imkan yarandığnı bildirib və minatəmizləmə nəticəsində bir neçə Dayanıqlı İnkişaf Məqsədinə nail olmağın mümkünlüyünü vurğualyıb. M. Offord ərazilərin minadan təmizlənməsinin təkcə mövcud Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması deyil, bir sıra digər sahələrdə də müsbət nəticələrin əldə edilməsinə göstərdiyi təsiri nəzərə alarq, Britaniya hökumətini Azərbaycanın humanitar minatəmizləmənin BMT tərəfindən 18-ci Dayanıqlı İnkişaf Məqsədi elan edilməsi ilə bağlı təşəbbünə dəstək verməyə çağırış edib.  
 
Qeyd etmək istərdik ki, 2022-ci ilin may ayında Metyu Offord Ağdama səfər edib və Azərbaycanı minatəmizləmə fəaliyyəti ilə yaxından tanış olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR