İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya kəşfiyyatına İran, Rusiya və Çindən olan casusları izləmək tapşırılıb

Britaniya kəşfiyyatına İran, Rusiya və Çindən olan casusları izləmək tapşırılıb.

Musavat.com-un məlumatına görə bu barədə “The Telegraph” nəşri yazır ki, nazirlər Böyük Britaniyanın kəşfiyyat rəhbərlərinə xəbərdarlıq edirlər ki, Tehran, Moskva və Pekin tərəfindən artan casusluq problemləri terrorizmdən daha aktualdır.

Məlumata görə, Mİ-5 əks kəşfiyyat xidmətinə ilk növbədə səylərini İran, Çin və Rusiyadan olan casuslarla mübarizəyə yönəltmək tapşırılıb.

Qəzetin yazdığına görə, Ukraynadakı müharibə İngiltərədə fəaliyyət göstərdiyi iddia edilən Çin agentlərinin sayının artması və İranın xaricdəki siyasi müxaliflərinə təzyiq göstərmək üçün mütəşəkkil cinayətlərdən istifadə etdiyi iddiası Mİ-5-in diqqətinin başqa yöndə dəyişməsinə səbəb olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR