İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya hökuməti Ukraynadakı münaqişə fonunda hərbi büdcəni artıracaq

Böyük Britaniya hökuməti yüksək inflyasiya səbəbindən müdafiə sahəsinə investisiyanın real səviyyəsinin azalmasına yol verməmək məqsədilə Ukraynadakı münaqişə fonunda hərbi büdcənin həcmini artırmaq niyyətindədir.

AZƏRTAC “The Daily Telegraph” qəzetinə istinadla xəbər verir ki, Böyük Britaniyanın Maliyyə Nazirliyi müdafiə naziri Ben Uollesin real hərbi xərclərin azaldılmasının yolverilməzliyinə dair arqumentləri ilə razılaşıb.

Maliyyə naziri Ceremi Hantın 2023-cü ilin yazında növbəti maliyyə ili üçün (aprelin 1-dən başlayır) büdcəni təqdim edərkən müvafiq açıqlama verəcəyi gözlənilir. Analitiklərin fikrincə, real hərbi xərclərin azalmasının qarşısını almaq üçün Müdafiə Nazirliyinin 2024-2025-ci illərdə büdcəsi azı 1,5 milyard funt sterlinq (1,8 milyard dollar) artaraq 48,6 milyard funt-sterlinqdən (58,6 milyard dollar) 50,1 milyard funt-sterlinqə (60,4 milyard dollar) çatmalıdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR