İnsanlara hürriyət, millətlərə istiqlal!

Borrel: "Quranın yandırılması açıq-aşkar təxribatdır"

Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Josep Borrel Quranın yandırılması ilə edilən hərəkətləri pisləyib.

Musavat.com xəbər verir ki, onun müraciəti Avropa İittifaqının diplomatik departamentinin saytında dərc olunub.

Onun sözlərinə görə, bu cür hərəkətlər Avropada bir çox müsəlmanı incidib. Borrell qeyd edib ki, Quranın və ya müqəddəs sayılan hər hansı digər kitabın təhqir olunması hörmətsizlikdir və açıq-aşkar təxribat kimi qiymətləndirilir.

“Ayrı-ayrı təxribatçılar tərəfindən həyata keçirilən bu hərəkətlər yalnız bizi və cəmiyyətlərimizi parçalamaq istəyənlərin xeyrinədir”, - bəyanatda deyilir. Avropa diplomatiyasının rəhbəri həmçinin qeyd edib ki, Aİ-də irqçilik, ksenofobiya və bununla bağlı dözümsüzlük ifadələrinə yer yoxdur.

Əvvəllər bir sıra ölkələrdə Quranın yandırılması aksiyaları keçirilib. Sonuncu hadisə Kopenhagendəki İraq səfirliyi qarşısında baş verib və burada özlərini “Danimarka vətənpərvərləri” adlandıran bir qrup etirazçı müsəlmanların müqəddəs kitabını yandırıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR