İnsanlara hürriyət, millətlərə istiqlal!

Borel Avropa İttifaqının Gürcüstana namizəd statusu verməsindən yazdı

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel Avropa İttifaqı Şurasının qərarına münasibət bildirib.

“Report”un xəbərinə görə, Jozep Borel bu barədə özünün “X” səhifəsində yazıb.

“Bu gün biz Ukrayna və Moldova ilə danışıqlara başlamaq, Gürcüstana namizəd statusu vermək və lazımi üzvlük hüququ əldə edildikdən sonra Bosniya və Herseqovina ilə danışıqlara başlamaqla Avropa ailəsinin möhkəmlənməsi istiqamətində tarixi addım atırıq”, - ali nümayəndə qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR