İnsanlara hürriyət, millətlərə istiqlal!

Bolqarıstan Rusiya avtomobillərinin ölkəyə girişinə qadağa tətbiq edəcək

Rusiya avtomobillərinin Bolqarıstana girişinə qadağa bazar ertəsinin sonundan qüvvəyə minəcək.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Bu barədə Bolqarıstan Milli Televiziyasının efirində Sərhəd Polisinin direktoru, baş komissar Anton Zlatanov deyib.

“Cümə axşamı günündən dünənə qədər çox fəal işlədik. Əminəm ki, günün sonuna qədər avtomobillərin Bolqarıstana girişinə qadağa bütün ölkə ərazisində tətbiq olunmağa başlayacaq və qeyd etmək istərdim ki, yük maşınları üçün bu, bir neçə aydır ki, qüvvədədir”, - Zlatanov bildirib.

“24 saat” qəzetinin yazdığı kimi, Zlatanov hər ay nə qədər Rusiya qeydiyyatında olan avtomobillərin ölkəyə daxil olduğunu dəqiqləşdirə bilməyib, lakin onların çox olmadığını qeyd edib.

Rusiya avtomobillərinin ölkəyə girişinə qadağa artıq Litva, Latviya, Estoniya, Polşa və Finlandiyada qüvvədədir və oktyabrın 3-dən Norveçdə də tətbiq olunacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR