İnsanlara hürriyət, millətlərə istiqlal!

Bölgədə əsas oyunçular bunu istəmir, Azərbaycan isə... - İLGİNC ŞƏRH

“Ermənistan öz xarici siyasi kursunu Paşinyan siyasi idarəçiliyə gəlməklə müəyyən edib. Sadəcə olaraq bunu açıq ortaya qoymağa zaman lazım idi”.

Bunu Musavat.com-a siyasi şərhçi Azər Hüseynov bildirib.

AZER SON.jpeg (14 KB)

“Ona görə Paşinyan ikinci Qarabağ avantürasına girişdi, Azərbaycana qarşı təhrikedici davrandı. Nəticədə Ermənistan məğlub oldu. Günahkar isə Rusiya oldu. Niyə? Çünki Rusiya Ermənistana onun istədiyi köməyi etmədi. Artıq çat başladı”, - deyə ekspert əlavə edib.

O qeyd edib ki, Aİ-ABŞ-Ermənistan üçlüyü köhnə yerə yeni qayda gətirmək istəyir:

“Amma bölgədə əsas oyunçular bunu istəmir. Azərbaycan isə Ermənistana xüsusi qayğının olduğu istənilən formatdan ancaq şər gəldiyini bilir. Sadəcə siyasi korrekt davranaraq “görək bunlar nə edir?” pozisiyasında gözləyir”.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan, ABŞ dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen arasında üçtərəfli görüş keçirilib. Paşinyanın həyat yoldaşı Anna Akopyan, həmçinin baş nazirin müavini Tiqran Xaçatryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, onun müavini Vahan Kostanyan, Ermənistanın Belçika və ABŞ-dakı səfirləri, bir neçə müşavir baş nazirlə birlikdə Belçikaya gediblər.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR