Onlayn ictimai-siyasi qəzet
Ötən gün Türkiyədə, Muğlanın Bodrum rayonunda cəsədləri çarşaflara bükülmüş halda tapılan rus ana və qızının qətli ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, qətli törətməkdə şübhəli bilinən keçmiş ər qadına 3, qızına isə 2 güllə ilə vurub.
O, daha sonra silahı zibil konteynerinə atıb və xaricə qaçıb.
İstintaq zamanı müəyyən olunub ki, qətlə yetirilmişİrina Dvizovayanın litvalı keçmiş əri A.K. (46) noyabrın 20-də Ədirnə Sərhəd Qapısından Litva nömrəli avtomobillə Türkiyəyə daxil olub. Daha sonra Bodrumdakı oteldə qalıb, İrina Dvizovaya məxsus nəqliyyat vasitəsi ilə rayondan ayrılıb.
Ana və qızını qətlə yetirən şəxs, noyabrın 24-də İrina Dvizovanın oğlu M.K. (5) ilə Ankara Esenboğa Hava Limanından xaricə - əvvəlcə Fransaya, oradan da Litvaya üz tutub.
Qətl şübhəlisinin cinayət silahı olan tapança İçmeler yolundakı zibil konteynerinə atdığı təxmin edilir və silahın tapılması üçün araşdırma aparılacaq.
Hazırda şübhəlinin tutulması üçün beynəlxalq yazışmaların aparılır.
Digər tərəfdən, İrina Dvizova və onun keçmiş əri A.K.-nın arasında övladları M.K.-nın qəyyumluğu ilə bağlı mübahisə olduğu üzə çıxıb.
Qadının 6 ayrı şikayəti əsasında keçmiş ərinin ümumilikdə 6 ay müddətinə uzaqlaşdırma qərarı verildiyi üzə çıxıb. Lakin keçmiş ər Türkiyədə olmadığına görə qərar qüvvəyə minməyib.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ