Onlayn ictimai-siyasi qəzet
BMT-nin Suriyanın şimal-qərbində Hələb, İdlib və Həma əyalətlərində humanitar əməliyyatları təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən dayandırılıb.
"Report"un məlumatına görə, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin məlumatında bildirilir.
“Döyüşlər humanitar yardımı da dayandırıb, Hələb, İdlib və Həmanın bəzi bölgələrində yardım əməliyyatları təhlükəsizliklə əlaqədar olaraq dayandırılıb”, - sənəddə bildirilir.
BMT əlavə edib ki, çətinliklərə baxmayaraq, humanitar təşkilatlar insanların ehtiyaclarını qiymətləndirmək və mümkün olan yerlərdə cavab tədbirlərini genişləndirmək üçün səfərbər olurlar.
12 Iyul 2025
11 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ