Onlayn ictimai-siyasi qəzet
Bakıda XII Qlobal Bakı Forumunun 3-cü, sonuncu günü başlayıb.
Musavat.com xəbər verir ki, forumun son gününün ilk paneli "Yeni Dünya üçün Yeni Texnologiyalar" mövzusuna həsr olunub.
Baş İnformasiya Texnologiyaları Mütəxəssisi, Baş katibin köməkçisi, Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahında Informasiya və Kommunikasiya Texnologiyaları Ofisi Bernardo Mariano bildirib ki, süni intellekt bəzi məsələləri daha sürətlə həll edə bilər:
"Süni zəka icmaya xidmət edir- bərabərsizliyə, iqlim dəyişikliyinə qarşı mübarizə aparır, itirilmiş dilləri bərpa edir və s. Qaranlıq hissəsi var ki, ondan qorunmalıyıq. Cazibəli görünən süni intellekt bizə problem də yarada bilər. Zəif təbəqə də bundan yararlanmalıdr. Güclü təbəqə isə başqa məqsədlərlə istifadə etməməlidir", deyə o əlavə edib.
Nigar HƏSƏNLİ,
Musavat.com
15 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ