İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT-nin baş katibi Gürcüstandakı bütün tərəflərə çağırış edib

BMT-nin baş katibi Antonio Quterreş Gürcüstandakı bütün tərəfləri ölkədə gərginliyi artıran hərəkətlərdən çəkinməyə çağırıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin nümayəndəsinin müavini Fərhan Haq deyib.

“Baş katib Gürcüstandakı vəziyyəti izləyir, o, hamını gərginliyin artmasına səbəb ola biləcək hər hansı hərəkətdən çəkinməyə çağırır”-deyə, o bildirib.

BMT Baş katibi hesab edir ki, ifadə azadlığının, medianın maneəsiz fəaliyyətinin, vətəndaş cəmiyyətinin işinin və insanların dinc etiraz aksiyaları keçirmək hüququnun təmin edilməsi vacibdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR