İnsanlara hürriyət, millətlərə istiqlal!

Blinkenin təyyarəsi xarab oldu: Parisdən Brüsselə necə getdi?

ABŞ dövlət katibi Entoni Blinkenin təyyarəsi Fransada xarab olub, nümayəndə heyəti Brüsseldə keçiriləcək NATO nazirlərinin toplantısına maşınla getməyə məcbur olub.

Musavat.com xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Agentliyin materialında qeyd olunur ki, Dövlət Departamentinin sözçüsü Blinkenin Fransaya uçduğu təyyarədə texniki problemlər olduğunu bildirib: “Blinkenin rəhbərlik etdiyi nümayəndə heyəti Parisdən NATO-nun Brüsseldəki mənzil-qərargahına qədər olan 300km yolu avtomobillə gedib”.

Xəbərdə deyilir ki, problem Boeing 737 təyyarəsində aşkar edilib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR