İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bizim ən böyük düşmənimizdir"

 

Almaniyanın xarici işlər naziri Annalena Berbok Münhen Təhlükəsizlik Konfransında çıxış edərək, ölkənin ən böyük düşmənini açıqlayıb.

Bu barədə "Tagesspiegel" qəzeti məlumat yayıb.

Məlumata görə, Berbok ABŞ vitse-prezidenti Ceyms Vensin bəyanatına cavab olaraq deyib:

"Bizim ən böyük düşmənimiz Putin Rusiyasıdır. Çünki o, Avropada sülhə müharibə elan edib".

Berbok əlavə edib ki, siyasətçi kimi o, Avropa demokratiyasını xarici və daxili düşmənlərdən qorumaq vədini verib. Onun fikrincə, Avropada əminamanlıq olmadan uzunmüddətli qlobal sülh ola bilməz.

Xatırladaq ki, ABŞ vitse-prezidenti Ceyms Vens 14 fevralda Münhen Təhlükəsizlik Konfransında çıxış edərək bildirib ki, Avropanın ən böyük düşməni nə Rusiya, nə də Çindir. Onun sözlərinə görə, ABŞ-nin demokratik dəyərlərini bölüşməyən Avropa demokratiyasının ən böyük düşməni Avropanın öz daxilindədir./oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR