Onlayn ictimai-siyasi qəzet
“Biz Rusiya ilə Ermənistan arasında Avrasiya inteqrasiyası, Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində mövcud olan qarşılıqlı əlaqəni yüksək qiymətləndiririk”.
Musavat.com erməni mediasına istinadla xəbər verir ki, bunu yerli jurnalistlərlə söhbətində Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.
Onun sözlərinə görə, Aİİ-də iştirak hər iki ölkəyə və hər iki ölkənin xalqlarına real fayda gətirir.
“Biz Aİİ çərçivəsində çox uğurla gedən prosesləri hər cür inkişaf etdirməyə davam etməyə hazırıq”, - deyə rus diplomat qeyd edib.
Xatırladaq ki, Ermənistan parlamenti ötən həftə Avropa İttifaqına üzvlüklə bağlı qanun layihəsini müzakirə etməyə başlayıb.
Musavat.com
29 Yanvar 2025
28 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ