Onlayn ictimai-siyasi qəzet
Birləşmiş Ərəb Əmirlikləri hökuməti son leysan zamanı yaşayış binalarına dəymiş zərərin ödənilməsi üçün təxminən 544,6 milyon dollar (2 milyard dirhəm) ayırıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı ölkənin baş naziri, Dubay əmiri Məhəmməd bin Rəşid əl-Məktum açıqlayıb.
Qeyd edək ki, BƏƏ-də son 75 ilin ən güclü yağışı aprelin 16-da baş verib. Güclü yağışlar Dubaya xüsusilə böyük zərər vurub. Sel səbəbindən Dubay hava limanının əsas magistralları və uçuş-enmə zolağı su altında qalıb. Hava limanında ümumilikdə, təxminən 2 min reys təxirə salınıb.
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ