İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir mahnıya görə hərbçini öldürdülər - VİDEO

Paytaxtda mahnı sifarişi üstündə Dövlət Sərhəd Xidmətinin (DSX) baş gizirini qətlə yetirməkdə, digər əməkdaşını isə bıçaqlamaqda təqsirləndilirən Orxan Zeynalov və İlqar Abdürrəhmanovun cinayət işi üzrə məhkəmənin ilk baxış iclası keçirilib.

Musavat.com BAKU.TV-yə istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə prokuror Eldar Həmzə ittiham aktını elan edib.

Akta görə Orxan Zeynalov tanışları İlqar Abdürrəhmaov və Rauf Şıxəliyevlə birlikdə Bakı şəhəri 9-cu mikrorayondakı restoranladan birində spirtli içki qəbul etdikdən sonra başqa bir restorana gediblər. Hadisə də bundan sonra baş verib. Belə ki, onların qonşu masada əyləşən Cəsarət Vəliyev və Camal Həsənovla musiqi sifarişinə görə davaları düşüb. Əlbəyaxa olublar.

Dava zamanı Cəsarət Vəliyev aldığı bıçaq xəsarətlərindən hadisə yerində keçinib. Camal Həsənov isə xəstəxanaya çatdırıldığından onun həyatını xilas etmək mümkün olub.

Qətlə yetirilən Cəsarət Vəliyev 44 günlük Vətən müharibəsində və Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısının alınmasında göstərdiyi igidlik və şücatə görə bir sıra medallara təltif edilib.

Orxan Zeynalov və İlqar Abdürrəhmanova cinayət məcəlləsinin xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və adam öldürməyə cəhd, külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma və digər maddələrlə ittiham irəli sürülüb.

Ətraflı videoda:

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR