İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir həftə əvvəl ürəyinə stend qoyulan şəxs vəfat etdi

Şəkidə 1 həftə əvvəl ürəyinə stend qoyulmuş şəxs vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Baş Layısqı kəndində baş verib.

63 yaşlı kənd sakini Gülbahar Hüseynova yaşadığı evin həyətində yıxılaraq başından xəsarət alıb. Qadının hadisə yerində öldüyü bildirilir.

Məlumata görə, G.Hüseynovanın ürəyində problem olduğu üçün 1 həftə əvvəl o, əməliyyat keçirib. Daha uzun yaşaması üçün ürəyinə stend qoyulub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR