İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir gündə 8 milyard dollar itirən İlon Maska Tramp BELƏ DƏSTƏK VERDİ

ABŞ prezidenti Donald Tramp amerikalı iş adamı İlon Maskı dəstəkləmək məqsədilə yeni "Tesla" avtomobili alacağını bəyan edib.

Musavat.com xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb.

"Sabah səhər İlon Maska inam və dəstək əlaməti olaraq yeni "Tesla" alacağam. Nə üçün o, Amerikanın yenidən möhtəşəm olmasına kömək etmək üçün səlahiyyətlərindən istifadə etdiyinə görə cəzalandırılmalıdır?", - deyə o qeyd edib.

Mətbuatda yayılan xəbərlərə görə, Maskın ABŞ hökumətinin iş effektivliyini artırmaq üçün Hökumət Effektivliyinin Təkmilləşdirilməsi Departamenti (DOGE) vasitəsilə həyata keçirdiyi tədbirlər "Tesla" əleyhinə etirazlara səbəb olub.

Martın 7-də "The Independent" qəzeti "Tesla" səhmlərinin ucuzlaşmasından sonra Maskın sərvətinin bir gündə 8,8 milyard dollar azaldığını bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Mart 2025

11 Mart 2025

BÜTÜN XƏBƏRLƏR