Onlayn ictimai-siyasi qəzet
Musavat.com-un xəbərinə görə, bu il Azərbaycanı “Avroviziya-2024” beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək müğənnilər - Fəxri İsmayılov (Fahree) və İlkin Dövlətov 525.az-a müsahibə veriblər.
İlkin Dövlətov “Bəs sizin haqqınızda Avropada nə danışırlar” sualına belə cavab verib:
“Avropada bizə “Avroviziya”nın ataları” deyirlər. Bığlarımıza görə (gülümsəyir - red)”.
Fəxri İsmayılov isə bunları deyib: “Avroviziya”da uğur qazansaq da, qazanmasaq da, artıq bizim ifamız sevilib: “Həmişə intuisiyama güvənmişəm. Bu dəfə də intuisiyam gözəl şeylər olacağını pıçıldayır”.
Xatırladaq ki, İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya-2024" mahnı müsabiqəsinin yarımfinal mərhələləri bu il mayın 7-si və 9-u, final mərhələsi isə mayın 11-də baş tutacaq. Püşkatma nəticəsində Azərbaycan bu il 1-ci yarımfinalda çıxış edəcək. Müsabiqədə təmsilçilərimiz “Özünlə apar” mahnısını ifa edəcəklər.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ