Onlayn ictimai-siyasi qəzet
Rusiyadan gətirilən bəzi tikinti materiallarının qiymətində artım var.
Bu barədə Trend-ə satıcılar məlumat verib.
Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, bəzi tikinti materialları 10% bahalaşıb.
O bildirib ki, əsasən, taxtanın qiymətində artım var.
"Bahalaşma, əsasən, Rusiyadan ölkəmizə idxal olunan materiallarda özünü göstərir. Hazırda 15 mm-lik dikt 20 manatdır. Bir müddət əvvəl isə onun qiyməti 17-18 manat arasında dəyişirdi. 18 mm-lik diktin qiyməti isə 21 manatdan 24 manata qədər bahalaşıb.
Taxtanın kubu 320 manatdan 345 manata qədər bahalaşıb. Digər materiallarda da bahalaşma qeydə alınıb. Bahalaşmanın əsas səbəbi idxalçı ölkələrdə tikinti materiallarının qiymətlərinin artmasıdır. Ölkəmizə tikinti materialları, əsasən, Rusiya, Türkiyə, Qazaxıstan, Cənubi Koreya və Çindən gətirilir. Müharibəyə görə, Ukraynadan idxal azalıb. Bundan sonra qiymətlərin bahalaşıb-bahalaşmayacağını proqnozlaşdırmaq çətindir",- deyə o qeyd edib.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ