İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırdı

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırıb.

Musavat.com xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc məlumat yayıb.

"Bəxtiyar Hacıyev ailə üzvlərinin, ictimaiyyətin və vəkillərinin fikrini nəzərə alaraq aclıq aksiyasını rəsmi və faktiki olaraq dayandırıb. Hazırda səhhəti normaldır, həkim nəzarəti ilə qidalanmağa başlayıb", - vəkil bildirib.

Qeyd edək ki, B.Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunaraq dekabrın 9-da həbs edilib. Onun jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə tutulduğu bildirilir. Vəkilləri Bəxtiyar Hacıyevin 2 həftədir aclıq etdiyini qeyd edirdi.

Yeri gəlmişkən, bu gün Xətai Rayon Məhkəməsində B.Hacıyevin ev dustaqlığına buraxılması üçün vəsatətə baxılacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR