İnsanlara hürriyət, millətlərə istiqlal!

Bərdədə ağır qəza: xəsarət alanlar var

Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com “Report”a istinadla xəbər verir ki, hadisə axşam saatlarında Zümürxan kəndində qeydə alınıb.

İlkin məlumata görə, “Mercedes” markalı iki avtomobil toqquşub. Toqquşmadan sonra avtomobillərdən biri yolun kənarındakı fərdi həyətyanı evin divarına çırpılıb, digəri isə yoldan çıxaraq dərəyə yuvarlanıb.

Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Yaralılar sakinlərin köməyilə xəstəxanaya çatdırılıb.

Hazırda hadisə nəticəsində xəsarət alanların sayı və şəxsiyyətləri müəyyənləşdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR