İnsanlara hürriyət, millətlərə istiqlal!

Belqradda avtomobil etirazçılara çırpıldı – yaralılar var

Musavat.com bildirir ki, Serbiyanın paytaxtı Belqradın Jarqovo rayonunda etirazçılar avtomobilin hücumuna məruz qalıb.

Hadisə nəticəsində üç nəfər yaralanıb və onlar təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Hadisəyə səbəb olan avtomobilin 50 yaşlı sürücüsü polis tərəfindən saxlanılıb. O, həbs edilərkən müqavimət göstərib. Hücumun motivləri hələlik məlum deyil.

Serbiyada etiraz aksiyaları dörd aydır ki, davam edir. Aksiya iştirakçıları Novi-Saddakı dəmiryolu vağzalında baş verən və 15 nəfərin ölümü ilə nəticələnən faciədən sonra küçələrə çıxıblar. Bugünkü aksiyada 30 mindən çox insan, əsasən tələbələr iştirak edib.

Belqradda baş verən son aksiyada polis və nümayişçilər arasında qarşıdurmalar yaşanıb. Etirazçılar prezident Aleksandr Vuçiçin tərəfdarlarına məxsus traktorları zədələyiblər. Aksiyaların daha da genişlənməsi ehtimal olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Mart 2025

BÜTÜN XƏBƏRLƏR