Onlayn ictimai-siyasi qəzet
Belçika Ukraynaya 2-4 ədəd F-16 qırıcısı tədarük edə bilər.
“Report” xəbər verir ki, bu barədə “7sur7” internet poratlı məlumat yayıb.
“Lakin Baş nazir və müdafiə naziri yaxın gələcəkdə Ukraynaya tədarük edilə biləcək Belçika qırıcılarının sayını dəqiqləşdirməyiblər”, - məlumatda qeyd edilib.
Ötən gün Belçikanın müdafiə naziri Lyudivin Dedonder bildirmişdi ki, ölkəsi 2024-cü ilin sonuna qədər döyüş təyyarələrini Kiyevə tədarük etmək niyyətindədir. Onun sözlərinə görə, tədarük tarixləri ehtiyat hissələrinin, eləcə də ABŞ-dən sifariş edilən yeni təyyarələrin ölkəyə çatdırılmasından asılı olacaq.
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ