İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəhreyndə Azərbaycanın təşkilatçılığı ilə mühüm toplantı öz işinə başladı

Bəhreyn Krallığının paytaxtı Manama şəhərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin ikinci konfransı öz işinə başlayıb.

Musavat.com-un konfransda iştirak edən əməkdaşı xəbər verir ki, Azərbaycanın yüksək səviyyədə, təşkilatçılığı ilə keçirilən tədbirdə 20-dən çox parlament sədri və 50-dən çox nümayəndə heyəti iştirak edir.

Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Hərəkatın Parlament Şəbəkəsinin ilk iclası 2021-ci ilin noyabrında Madriddə, ilk iclası isə ötən ilin iyul ayında Bakıda, yüksək səviyyədə keçirilib və Milli Məclisin sədri Sahibə Qafarova 3 illik müddətə Parlament Şəbəkəsinin sədri seçilib.

Mötəbər iclas iştirakçıların ailə fotosu çəkdirməsindən sonra başladı. Azərbaycan Respublikasının Milli Məclisin və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovanın təklifi ilə iştirakçılar Türkiyə və Suriyadakı zəlzələdə həlak olanların xatirəsini sayğı duruşu ilə yad etdilər.

Hazırda toplantı Sahibə Qafarovanın çıxışı ilə davam edir.

Elşad Paşasoy,
Musavat.com
Bəhreyn, Manama

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR