Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Co Bayden əmisi Ambrose Finneqanın ölümüylə bağlı sensasion iddia ilə çıxış edib.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, o, Amerika Hərbi Hava Qüvvələrində xidmət edən əmisinin İkinci Dünya müharibəsi zamanı Papua-Yeni Qvineyada adamyeyənlər tərəfindən yeyildiyini bildirib.
"O, Yeni Qvineyada vuruldu və cəsədi tapılmadı, çünki Yeni Qvineyanın bu hissəsində həqiqətən çoxlu adamyeyən var idi", - o deyib.
Qeyd edək ki, Co Baydenin əmisi Ambrose Finneqan İkinci Dünya Müharibəsi zamanı təyyarə qəzasında həlak olub.
Musavat.com
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ